SON XƏBƏRLƏR

Zəngan diqqətdən kənarda qalıb: Hökumət 16 ildir regional layihənin yekunlaşmasına pul ayırmır

2021.11.04, 10:48
Zəngan diqqətdən kənarda qalıb: Hökumət 16 ildir regional layihənin yekunlaşmasına pul ayırmır

Gunaz.tv

Kamyar Əyyubi  Xurrəmdərə şəhərinin kanalizasiya sisteminin qurulması üçün 16 il bundan öncə başladılan layihənin tamamlanması üçün hökumətin budcə ayırmadığını deyib.

Əyyubi layihənin başlanmasının üstündən keçən uzun illər ərzində yalnız onun 28%-nın işlənildiyini, qalan hissəsinin vəsait çatışmazlığı ucbatından yarımçıq saxlanıldığını söyləyib.

O, normal kanalizasiya sisteminin olmamasını Xurrəmdərə əhalisinin əsas problemlərindən biri olduğunu qeyd edib.

Su və Kanalizasiya Şirkətinin başçısı layihənin tamamlanması üçün 250 milyard tümən vəsaitin lazım olduğunu, bunun isə dövlətin ödəmədiyini və özəl sektorun bu sahəyə investisiya yatırmaqdan çəkindiyini bildirib.

C.E
 

کامیار ایوبی - مدیر شرکت آب و فاضلاب ( آبفای ) شهرستان خرمدره - پایگاه خبری  صبح ابهر

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar