SON XƏBƏRLƏR

Zənganda dəmir yolu işçiləri etiraz aksiyası keçiriblər

2022.04.18, 08:30
Zənganda dəmir yolu işçiləri etiraz aksiyası keçiriblər

Gunaz.tv

Aprelin 17-də aksiya keçirən işçilər yeni günəş ilinin başlamasından 28 gün keçməsinə baxmayaraq ötən ildən qalan əmək haqları və başqa ödənişlərin verilmədiyini bildiriblər. 

“Neçə ildir şirkət rəhbərliyinin əmək haqları və başqa ödənişləri vaxtında ödəməməsi dəmir yolu işçilərinin çoxunu ağır məişət problemləri ilə üzləşdirib”-deyə, etirazçıların bəyanatında qeyd olunub.

İşçilər dəfələrlə rəhbərliyə müraciət etmələrinə, ödənişlərin olacağı ilə bağlı verilən vədlərə baxmayaraq bu günə kimi heç bir ödəniş olmadığını deyib, rəhbərliyin onlara qarşı saymazlıq etdiyini bildiriblər.

Bir müddət bundan öncə Salmas, Culfa, Tufarqan, Əcəbşir və Mərənd şəhərləri dəmir yolu sistemində çalışanlar bildirib ki, podratçı şirkət əmək haqlarını ödəməyəcəyi, nəzərdə tutulan qanuni haqlarının tanımayacağı təqdirdə növbəti dəfə işi tətil etməyə məcbur olacaqlar.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları Şirkətinin təmir bölməsində 2000 işçi çalışır və onların bir çoxu podratçı şirkətlər tərəfindən müvəqqəti müqavilələrlə işə götürülb. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar