SON XƏBƏRLƏR

Zənganda dəmir yolu işçiləri tətilə başlayacaq-4 aydır onların əmək haqqı verilmir

2022.01.28, 14:45
Zənganda dəmir yolu işçiləri tətilə başlayacaq-4 aydır onların əmək haqqı verilmir

Gunaz.tv

Məlumatda qeyd olunur ki, 4 aydır əmək haqları ödənilmədiyindən onların işi dayandırmaqdan başqa çıxış yolları qalmayıb.

İşçilər dəfələrlə rəhbərliyə müraciət etmələrinə, ödənişlərin olacağı ilə verilən vədlərə baxmayaraq bu günə kimi heç bir ödəniş olmadığını qeyd ediblər.

Bundan iki gün öncə Azərbaycan dəmir yollarında çalışan işçilər də oxşar paylaşım edib, maaşlarının verilmədiyini yazıb və tətil aksiyasına başlayacaqları ilə bağlı xəbərdarlıq ediblər.

Salmas, Culfa, Tufarqan, Əcəbşir və Mərənd şəhərləri dəmir yolu sistemində çalışanlar bildirib ki, podratçı şirkət əmək haqlarını ödəməyəcəyi, nəzərdə tutulan qanuni haqlarını tanımadığı təqdirdə növbəti dəfə işi tətil etməyə məcbur olacaqlar.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları Şirkətinin təmir bölməsində 2000 işçi çalışır və onların bir çoxu podratçı şirkətlər tərəfindən müvəqqəti müqavilələrlə işə götürülb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar