SON XƏBƏRLƏR

Zənganda erkən nikah halları çoxalıb

2021.11.05, 13:17
Zənganda erkən nikah halları çoxalıb

Gunaz.tv

O, Zəngan əyalətində azyaşlıların nikaha girməsi barədə dəqiq statistika verməsə də, son illər belə halların narahatedici dərəcədə çoxaldığını söyləyib.

M.Fəthi azyaşlıların nikahı ilə bağlı faktların Zəngan əyalətinin 8 bölgəsinin hamısında yayıldığını və bunun artıq bir ənənəyə çevrildiyini qeyd edib.

“Belə halların qarşısını inzibati cəza yolları iıə almaq mümkün deyil. Problemin həlli üçün mədəni dəyişikliklərə ehtiyac var”-deyə, məhkəmə rəisinin müavini bildirib.

İran Statistika Mərkəzinin yayınladığı rəsmi məlumata görə, ötən günəş ilində 10-14 yaşları arasın 31379 qız uşağı evləndirilib.

Qeyd edək ki, İranda bir çox din xadimləri, müctəhidlər və hətta rəsmi şəxslər erkən nikahın “fayda”ları barədə çıxışlar edir, əhaliyə övladlarını az yaşlarda evləndirmək barədə tövsiyələr verirlər.

Son illər az yaşlı qız uşaqları ailə qurmağa məcbur etməyin əsas səbəblərindən biri ölkədə hökm sürən iqtisadi çətinliklərdir.

C.E
 

دستگاه قضا با هرگونه تخلف در بحث انتخابات برخورد خواهد کرد

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar