SON XƏBƏRLƏR

Zənganda güneyli fəal həbs edilib

2022.10.01, 08:36
Zənganda güneyli fəal həbs edilib

Gunaz.tv

Fəalların verdiyi məlumata görə, o, özünün iş yerində saxlanılıb, telefonu, kompüteri və başqa şəxsi əşyaları müsadirə olunub.

Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilmir.

Lakin azərbaycanlı fəalın ETTELAAT təcridxanasına kçürüldüyü ehtimal edilir.

Səfiyə Qarabaği bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə basqılarla üzləşib.

O, "ictimai fikri çaşdırmaq", "hökumətə qarşı təbliğat aparmaq" və "yalan məlumat yaymaq"da ittiham edilərək məhkumluq dövrü yaşayıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar