SON XƏBƏRLƏR

Zənganda iş qəzası nəticəsində 7 nəfər ölüb və yaralanıb

2021.10.27, 12:12
Zənganda iş qəzası nəticəsində 7 nəfər ölüb və yaralanıb

Gunaz.tv

Oktyabrın 26-ı günortadan sonra Zəngan əyalətinin Əbhər şəhərində yerləşən “Nab-i Arəş Polad Şirkəti”nə məxsus zavodda baş verən iş qəzası nəticəsində 7 nəfər ölüb və xəsarət alıb.

Əbhər şəhərinin Təcili Yardım Mərkəzinin verdiyi məlumata görə, azot qazının sızması nəticəsində zavodda işləyən 3 nəfər həyatını itirib, 4 nəfər isə zəhərləndiyi üçün xəstəxanaya köçürülüb.

Hadisə yerində olan başqa işçilərin bildirdiyinə görə, azot qazı sızması nəticəsində boğulan işçiləri xilas etməyə çalışan 4 işçi huşunu itirib.

Hadisə şahidləri qəzanın zavodda təhlükəsizlik qaydalarına əməl olunmaması və işçilərin təhlükəsizlik avadanlıqları ilə təchiz edilməmələri səbəbindən baş verdiyini bildiriblər.

Məlumatda xəstəxanaya yerləşdirilən işçilərdən birinin durumunun ağır olduğu deyilir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar