SON XƏBƏRLƏR

Zənganda iş qəzası nəticəsində iki nəfər həyatını itirib

2022.02.01, 12:51
Zənganda iş qəzası nəticəsində iki nəfər həyatını itirib

Gunaz.tv

Bu barədə işçi fəallar sosial mediada məlumat yayıblar.

Fəallar həyatını itirən şəxsin 25 yaşlı İbrahim Məhəmmədi olduğunu, ikinci işçinin isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırıldığını yazıblar.

Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar