SON XƏBƏRLƏR

Zənganda idman kompleksinin tikintisinə büdcə ayrılmır

2022.01.29, 14:45
Zənganda idman kompleksinin tikintisinə büdcə ayrılmır

Gunaz.tv

Güney Azərbaycanın Zəngan əyalətinin Əbhər, Xurrəmdərə və Sultaniyyə şəhərlərinin İran parlamentindəki nümayəndəsi höccətül islam Həsən Şücayi Əbhər şəhərinin idman komleksinin tikintisinə büdcə ayrılmadığına görə hökuməti tənqid edib.

Uzun illərdir tikintisi yarımçıq qalan 3000 nəfərlik komleksində işlərin davam etdirilməsi üçün 20 milyard tümən vəsait lazim olduğunu deyən millət vəkili Gənclər və İdman Nazirliyinin məsələyə laqeyd yanaşdığını bildirib.

O, gənclərin idman mərkəzinə çevrilməsi nəzərdə tutulan kmpleksin yarımçıq qaldığı üçün şəhərin problemlərindən birinə çevrildiyini söyləyib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar