SON XƏBƏRLƏR

Zənganda məhbus edam edilib

2021.12.10, 07:55
Zənganda məhbus edam edilib

Gunaz.tv

23 yaşlı Məhəmmədrza Məzkuhi və onun dayısı oğlu narkotik maddə qaçaqmalçılığı ittihami ilə həbs olunub, Zəngan məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.

Məzkuhinin dayısı oğlu iki il bundan öncə zindanın ağır şərayitinə dözə bilmədiyi üçün xəstələnmiş və tibbi xidmət göstərilmədiyi üçün həyatını itirib. 

Məhəmmədrza Məzkuhinin edamı ilə bağlı məlumat bu saata kimi İran Məhkəmə Sistemi və rəsmi mətbuatı tərəfindən elan edilməyib. 

Qeyd edək ki, bir çox hallarda İranda icra edilən edam hökmləri barəsində rəsmi məlumat verilmir. 

Beynəlxalq Əfv Təşkilatı və başqa insan haqları müdafiə qurumları bu edamları gizli edam olaraq adlandırırlar.

İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

C.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar