SON XƏBƏRLƏR

Zənganda məşhur tarixi bina yenidən yandı

2022.05.19, 08:15
Zənganda məşhur tarixi bina yenidən yandı

Gunaz.tv

Zəngan şəhərinin Yanğınsöndürmə İdarəsinin başçısı Məcid Əmirfəzlinin verdiyi məlumata görə, baş verən yanğın zamanı tarixi abidə ciddi ziyan görüb və dağılmaq təhlükəsi ilə üzləşib.

Məlumatda yanğının baş vermə səbəblərinin araşdırıldığı, ancaq ilkin ehtimallara görə hadisənin bilərəkdən törədildiyi bildirilib.

Bundan öncə adı çəkilən tarixi abidə ilə bağlı dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, onun bərpası və qorunması ilə bağlı tədbir görülməyib.

Yerli sosial media fəalları Zəngan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Əmir Ərcüməndin məsələyə münasibət bildirmədiyini və ona edilən zəngləri cavabsız qoyduğunu yazıblar. 

gun az article

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar