SON XƏBƏRLƏR

Zənganda on minlərlə insan istifadəyə yararsız evlərdə yaşayır

2021.10.20, 07:36
Zənganda on minlərlə insan istifadəyə yararsız evlərdə yaşayır

Gunaz.tv

Rəhim Təvəssüliyan mətbuat nümayəndələrinə verdiyi açıqlamada Zəngan, Xudabəndə, Xurrəmdərə və Əbhərdə on inlərlə insanın istifadəyə yararsız evlərdə yaşadığını deyib.

O, hal-hazırda Zəngan əyalətində ən azı 1200 hektar ərazidə yerləşən evlərin istifadəyə yararsız olduğunu, istifadəyə yararsız yaşayış məntəqələrinin 511 hektarının Zəngan şəhərinin payına düşdüyünü və bunun şəhərin ümumi sahəsinin 8.3 faizini təşkil etdiyini söyləyib.

R.Təvəssüliyan Zəngan şəhərinin ən azı 16 faizinin, ortalama 70 min nəfərin istifadəyə yararsız yaşayış yerlərində məskunlaşdıqlarını qeyd edib.

Yol və Şəhərsalma Baş İdarəsinin sədr müavini son hesablamalara görə adı çəkilən 4 şəhərdə ümumilikdə 98 min 390 nəfərin yaşayışa yararsız evlərdə yaşadıqlarını bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar