SON XƏBƏRLƏR

Zənganda quraqlıq xəbərdarlığı-Payızda da davam edəcək

2021.10.20, 07:36
Zənganda quraqlıq xəbərdarlığı-Payızda da davam edəcək

Gunaz.tv

“Bu il əyalətdə yağıntılar ötən ilin oxşar dövrünə nisbətdə 40% azalıb. Zəngan əyalətinin ümumi su tutumu 1.5 milyard kubmetrdir. 

Bunun 770 milyon kubmetri yerüstü sular. 730 milyon kubmetri isə yeraltı sulardan ibarətdir”-deyə, İ.Əfşari su qaynaqlarının tükənməkdə olduğunu bildirib.

O, əyalətin su qaynaqlarının 90%-nın əkinçilik, 6%-nın içməli su və 4%-nın isə sənaye sahəsində istifadə edildiyini deyib, bunun bəndlərdə olan su ehtiyatının ümumi tutumunun 70% azalmasına səbəb oduğunu qeyd edib.

Regional Su Şirkətinin başçısı verilən proqnozların payız aylarındada quraqlığın və yağıntıların az olacağından xəbər verdiyini, bunun isə qarşıdakı aylarda su çatışmazlığı ilə bağlı ciddi xəbərdarlıq olduğunu söyləyib.

İsmail Əfşarinin fikrincə, hələlik çıxış yolu yalnız su qaynaqlarından istifadədə qənaətə üstünlük verilməkdədir.

 

هشدار مدیرعامل آب‌ منطقه‌ای برای تامین آب سه شهر استان زنجان - ایسنا

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar