SON XƏBƏRLƏR

Zənganda polis məmuru öldürülüb

2022.01.03, 11:12
Zənganda polis məmuru öldürülüb

Gunaz.tv

Bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumatda bildirirlir ki, hadisə yanvarın 1-də Zəngan əyalətinin Mahnişan şəhərində baş verib.

Narkotik maddələri qaçaqçıları ilə polis qüvvələri arasında baş verən qarşıdurma zamanı Urfan Bayat adlı bir polis məmuru qətlə yetirilib.

Zəngan əyalətinin Polis İdarəsinin ictimaiyyətləı əlaqələr bölməsinin məlumatında qeyd olunur ki, qaçaqmalçılarla məmurlar arasında toqquşmadan sonra onlar hadisə yerini tərk etməyə çalışıb və yola mıx tökdükləri üçün bir polis avtomobili aşıb və nəticədə Urfan Bayat həyatını itirib.

Məlumatda qaçaqmalçıların kimliyi və neçə nəfər olduqları, habelə onların saxlanılıb-saxlanılmadıqları barədə açıqlama verilməyib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar