SON XƏBƏRLƏR

Zənganla bağlı xəbərdarlıq- "Su qıtlğı qarşısıalınmaz səviyyəyə çatacaq"

2021.11.06, 10:42
Zənganla bağlı xəbərdarlıq- "Su qıtlğı qarşısıalınmaz səviyyəyə çatacaq"

Gunaz.tv

İsmayıl Əfşari qarşıda daha şiddətli su böhranının gözlənildiyi barədə xəbərdarlıq edib.

O, əhalini sudan istifadədə qənaət etməyə çağırarqraq, əks təqdirdə böhranın qarşısıalınmaz səviyyəyə çatacağını deyib.

“Ötən ilin oxşar dövründə Təhəm su bəndində mövcud olan su həcmi 52.74 milyon kubmetr idi. Bu il isə 33.31 milyon kubmetrdir.

Bununla da ötən ilin eyni dövrünə nisbətdə bəndə mövcud olan su həcmində 37% azalma qeydə alınıb”- İ.Əfşari “Mehr” xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

Regional Su Şirkətinin başçısı Talvar, Qlabir, Kinəvərs bəndlərindəki su həcminin də azaldığını deyərək. quraqlığın davam edəcəyi təqdirdə su təminatı sahəsində problemlərin çoxalacağını söyləyib.

İ.Əfşari bundan öncəki çıxışında, əyalətin su qaynaqlarının 90%-nın əkinçilik, 6%-nın içməli su və 4%-nın isə sənaye sahəsində istifadə edildiyini, bunun bəndlərdə olan su ehtiyatının ümumi tutumunun 70% azalmasına səbəb oduğunu qeyd edib.

C.E
 

بیش از ۳۵۰حلقه چاه فاقد پروانه در زنجان شناسایی شد - قدس آنلاین | پایگاه  خبری - تحلیلی

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar