SON XƏBƏRLƏR

Zənganda təqaüdçülərin növbəti etiraz aksiyası keçirilib

2022.06.18, 08:28
Zənganda təqaüdçülərin növbəti etiraz aksiyası keçirilib

Gunaz.tv

Əmək və Sosial Rifah idarələrinin qarşısına toplaşan narazılar hökumətin onların hüquqlarına önəm vermədiyini bildirib.

Ali Əmək Şurasının hökumət tərəfindən tələblərin yerinə yetirilməməsi və sosial təminat təqaüdçülərinin maaşlarının artırılmaması barədə qərar qəbul etməsindən sonra İranın bütün əyalətlərində təqaüdçülərin oxşar aksiyası keçirilir.

Neçə aydır həftəlik davam edən və son vaxtlar ardıcıl keçirilən aksiyalara qoşulan etirazçılar bu günə kimi irəli sürdükləri tələblərinin yerinə yetirilmədiyindən narazılıqlarını bildiriblər.

Onlar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını söyləyiblər.

Zənganla yanaşı eyni vaxtda Güney Azərbaycanın başqa şəhərləridə daxil olmaqla, İranın onlarla şəhərində təqaüdçülər etiraz aksiyası keçiriblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar