SON XƏBƏRLƏR

Avstriyanın Durenburq duz mədənindən tapılan tarixi əsərlər Zənganda sərgilənib

2021.12.21, 16:38
Avstriyanın Durenburq duz mədənindən tapılan tarixi əsərlər Zənganda sərgilənib

Gunaz.tv

Bu barədə Zəngan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Əmir Ərcmənd açıqlama verib.

O, deyib ki, bu mədəni tədbir Almaniya, Avstriya və Zəngan muzeylərinin birgə əməkdaşlığı nəticəsində baş tutub.

Bu, Zənganın məşhur tarixi “Çöhrabad” duz mədənindən tapılan əsər və insan qalıqlarının qeyd olunan Avropa muzeylərində nümayiş etdirilməsindən sonra baş tutub.

Bundan öncə Almaniya arxeoloqları ilə Zəngan arxeoloqlarının birgə əməkdaşlığı nəticəsində “Çöhrabad” duz mədəni və ona yaxın bir neçə ərazidə arxeoloji araşdırmalar aparılıb.

Hal-hazırda koronovirus məhdudiyyətləri ilə bağlı qazıntılar müvəqqəti olaraq dayandılırıb.

C.E 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar