SON XƏBƏRLƏR

Zənganda torpaq çökməsi ciddi problemə çevrilib

2022.06.10, 10:35
Zənganda torpaq çökməsi ciddi problemə çevrilib

Gunaz.tv

Bu barədə Zəngan əyalətinin valisi Möhsün Əfşarçı əyalətin Planlaşdırma və İnkişaf Şurasının toplantısında çıxışında bildirib.

Əfşarçı qaydasız istifadənin su qaynaqlarının tükənməsi ilə yanaşı müxtəlif bölgələrdə torpaq çökməsinə səbəb olduğunu vurğulayıb.

O,  ekoloji problemin qarşısının alınması üçün vahid proqram və planın hazırlanmasının vacib oldğunu deyib.

Vali torpaq çökməsinin səbəblərindən biri kimi artizan quyuların qazılmasını və qaydasız istismarını qeyd edib.

Əfşarçı hazırda Sultaniyyə və Xurrəmdərə bölgələrində məsələ ilə bağlı yeni layihə üzərində işlənildiyini qeyd edib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar