SON XƏBƏRLƏR

Zənganlı hüquq müdafiəçisi Səfiyə Qarabaği müvəqqəti azad edilib

2022.10.09, 09:06
Zənganlı hüquq müdafiəçisi Səfiyə Qarabaği müvəqqəti azad edilib

Gunaz.tv

8 gün İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında saxlanılan azərbaycanlı fəala qarşı "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı irəli sürülüb.

Qeyd edək ki, Səfiyə Qarabaği oktyabrın 1-də Zəngan şəhərində ETTELAAT məmurları tərəfindən saxlanılıb və bu qurumun təcridxanasına aparılıb.

O, bundan öncə də insan haqları sahəsindəki fəaliyyətlərinə görə basqılarla üzləşib.

Azərbaycanlı hüquq müdafiəçisi "ictimai fikri çaşdırmaq", "hökumətə qarşı təbliğat aparmaq" və "yalan məlumat yaymaq"da ittiham edilərək məhkumluq dövrü yaşayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar