SON XƏBƏRLƏR

Zənganlı müəllimlər etiraz aksiyası keçiriblər-VİDEO

2021.10.20, 07:36
Zənganlı müəllimlər etiraz aksiyası keçiriblər-VİDEO

Gunaz.tv

Zəngan şəhərində müəllimlər və təhsil işçiləri Təhsil İdarəsinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Təhsil İdarəsinin qarşısında toplaşan müəllimlər və təhsil işçiləri yeni tədris ilinin başlamasından 3 həftə keçməsinə baxmayaraq, sıralama və maaşların uyğunlaşdırılması planının yerinə yetirilməməsinə öz etirazlarını bildiriblər. 

Onlar “müəllim oyaqdır, öz haqqına dayaqdır”, “müəllim dad elə, haqqını fəryad elə”, “müəllim ayrı-seçkilidən bezib” və başqa bu kimi şüarlarla hüquqlarının pozulmasına etirazlarını bildiriblər.

Bundan öncə sentyabrın 23-də İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurasının çağırışından sonra İranın müxtəlif şəhərlərində, o cümlədən Güney Azərbaycanın Həmədan, Zəncan, Ərdəbil və Təbriz şəhərlərində də, müəllimlər Təhsil Nazirliyinin yerli nümayəndəlikləri qarşısına toplaşıblar.

İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurasının çağırışında bildirilib ki, etiraz aksiyalarının keçirilməsində məqsəd məhbus müəllimlərin azad edilməsi, müəllimlərin barəsində sıralama və rütbələndirmə qanununun icra olunması, təqaüdlərin bərabərləşdirilməsidir.

C.E

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar