SON XƏBƏRLƏR

Zənganlı xanım məhbus qeyri-müəyyən şəraitdə saxlanılır

2023.01.23, 10:42
Zənganlı xanım məhbus qeyri-müəyyən şəraitdə saxlanılır

Gunaz.tv

2022-ci il oktyabrın 11-də Zəngan şəhərində yerləşən şəxsi evlərində təhlükəsizlik məmurları tərəfindən saxlanılan xanımın həbs səbəbi və ittihamları barədə açıqlama verilmir.

"Aylardı ki, qızım həbsxanada saxlanılır. Onun ittihamı barədə açıqlama verilmir. Görüşünə, telefon danışığına və vəkillə təmin olunmasına qadağa qoyulub", - deyə, Nilufər Şakirinin anası bildirir.

Qeyd edək ki, işgəncə edildiyi üçün Nilufər Şakiri dekabrın 4-də daxili qanaxma səbəbilə xəstəxanaya köçürülüb və normal müalicə olunmadan yenidən həbsxanaya qaytarılıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar