SON XƏBƏRLƏR

Münhendə Tehran hökumətinə qarşı aksiya keçirilib

2023.02.18, 09:19
Münhendə Tehran hökumətinə qarşı aksiya keçirilib

Gunaz.tv

Aksiyaya qoşulan mühacirətdə yaşayan müxalif iranlılar konfrans iştirakçılarından Tehran rejiminə qarşı daha sərt tədbirlər görməyi tələb ediblər.

"Ölüm olsun diktatora, "ölüm olsun Xameneyiyə" və başqa bu kimi şüarlar səsləndirən nümayişçilər Münhen Təhlükəsizlik Konfransı iştirakçılarını Tehran hakimiyyətini baykot etməyə çağırıblar.

Fevralın 17-19-u arası Almaniyanın Münhen şəhərində keçiriləcən əhəmiyyətli konfransa Tehran rejiminə müxalif opozisiyon nümayəndələrindən bir neçəsi dəvət edilib.

Fransa prezidenti Emanuel Makron fevralın 17-də İran müxalifləri ilə görüşəcəyini bildirib.

Təhlilçilər bildirirlər ki, İran və Rusiya hökumət rəsmilərinin yerinə bu iki ölkənin müxalifətinin knfransa dəvət edilməsi əməkdaşlıq imkanlarını və İran xalqının etiraz hərəkatı ilə beynəlxalq həmrəyliyini gücləndirə bilər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar