SON XƏBƏRLƏR

Nikki Haley: “İran rejimi uşaqlardan sui-istifadə edərək onları Suriya savaşına göndərir”

2021.10.20, 07:36
Nikki Haley: “İran rejimi uşaqlardan sui-istifadə edərək onları Suriya savaşına göndərir”

Gunaz.tv

GünAzTV: Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley oktyabrın 18-də BMT təhlükəsizlik Şurasında çıxış edərək, İranın Suriya savaşında yeniyetmə və məktəbli uşaqlardan istifadə etməsindən, onları boş-boşuna ölümə verməsindən danışıb.

 

Öz çıxışında Orta Şərq regionundakı mövcud durumdan danışan Bikki Haley bildirib ki, İran Suriya savaşını davam etdirmək üçün məktəb yaşında olan uşaqlardan istifadə edir: “Təəssüflər olsun ki, İran hakimiyyəti zalım və vəhşi Bəşər Əsəd rejiminə dəstəyini davam etdirmək üçün   yeniyetmələrdən və məktəb yaşında olan uşaqlardan sui-istifadə edir, onları savaşmaq üçün Suriyaya göndərir.

 

“Bəsic” qüvvələri adı ilə cəlb edilmiş həmin uşaqlar, ölkə daxilində dinc müxaliflərə qarşı amansız repressiyalar həyata keçirən “Sepah” tərəfindən hərbi təlimlər keçdikdən sonra Suriyaya ezam edilirlər. Bundan başqa, İran rejimi Suriya savaşına göndərmək üçün ölkədə mühacir və ya qaçqın həyatı yaşayan Əfqanıstan vətəndaşlarından da istifadə edir. Bu isə qəbuledilməzdir”.

 

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar