SON XƏBƏRLƏR

Nikolas Maduro yenidən Venesuela prezidenti seçilib

2021.10.20, 07:36
Nikolas Maduro yenidən Venesuela prezidenti seçilib

Gunaz.tv

GünAz TV: Venesuela prezidenti Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 mln. nəfər) səsini qazanaraq ölkədə keçirilən prezident seçkilərində qələbə qazanıb.

 

Bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena məlumat verib.

 

Bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718 səs toplayıb, Enri Falkon (müxalifətdən namizəd) seçicilərin 1 820 552 nəfərinin, Havyer Bertuçi isə 925 000 nəfərinin etimadını qazanıb.

 

Müxalifət lideri Enri Falkon seçkilərin nəticələrini tanımadığını bildirib.

 

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert  də Venesuelada keçirilən prezident seçkilərini qeyri-legitim adlandırıb. Bu barədə Hizer Nauertin “Tvitter”də dərc etdiyi bəyanatda məlumat yayılıb.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar