SON XƏBƏRLƏR

BMT-nin Baş Məclisi İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib - FOTO

2021.12.17, 09:54
BMT-nin Baş Məclisi İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib - FOTO

Gunaz.tv

Kanada tərəfindən BMT-yə təqdim edilən qətnamə Baş Məclisdə səsə qoyulub. 78 ölkə qətnamənin lehinə, 31 ölkə isə əleyhinə səs verib, 69 ölkə də bitərəf qalıb. Bununla da İranda insan haqlarının kobud və sistematik şəkildə pozulmasını pisləyən qətnamə səs çoxluğu ilə qəbul edilib.

Qətnamədə İranda edamların sayının artmasına, ölkə üzrə kütləvi və özbaşına həbslərin geniş vüsət almasına, İran həbsxanalarında, o cümlədən də Tehranın Evin zindanında sazlanılan siyasi məhbuslarla pis və kobud rəftar olunmasına və məhbuslardan yalançı etiraflar almaq üçün onlara qarşı fiziki işgəncələr tətbiq olunması kimi hallara toxunaraq, kəskin pislənilir.

Qətnamədə həmçinin İran həbsxanalarında siyasi məhbusların tibbi xidmətdən məhrum edilməsi səbəbi ilə şübhəli ölüm hallarının sayının artmasına toxunulur, məhbusların mütəmadi olaraq, təzyiq və təhdidə məruz qoyulması kimi hallar məhkum edilir.

BMT-nin Baş Məclisində qəbul edilmiş qətamədə həmçinin İranın molla rejimində yaşı 18-ə çatmamış yeniyetmə məhkumların edam olunması hallarına toxunaraq, bu kimi qeyri-insani hallara son qoyulması tələb edilir. Bildirilir ki, 18 yaşına çatmadan hər hansı bir səbəbə görə cinayət törətmiş məhkumların edam olunması Uşaq Hüquqları haqqında Beynəlxalq Konvensiyanın pozulması deməkdir.
 
Bunlardan başqa, qətnamədə həmçinin İranda dini və milli azlıqlara qarşı həyata keçirilən edamlar, o cümlədən də bəhailərə qarşı edilən təzyiq, təqib və rpressiyalara son qoyulması, eləcə də son illər ölkə üzrə rejimə qarşı keçirilən kütləvi etirazlarda, o cümlədən də 2019-cu ilin noyabr ayında və 2020-ci ilin yanvar ayında müxtəlif şəhərlərdə keçirilmiş dinc etirazlarda həbs edilənlərin dərhal azadlığa buraxılması tələb edilir. 

Image

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar