BMT-nin Cenevrədəki mənzil-qərargahı qarşısında Urmu gölü ilə bağlı aksiya keçirilib-QƏTNAMƏ

16.09.2022, 13:30

Sentyabrın 16-da BMT-nin İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahı qarşısında Urmu gölünün son durumuna laqeyd münasibətə etiraz aksiyası keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Aksiyada Avropa ölkələrində yaşayan azərbaycanlılar iştirak edib.

Onlar Urmu gölünün bərpası ilə bağlı verdiyi vədləri yerinə yetirmədiyinə görə İran hökumətinə etiraz edib, BMT-dən məsəlni diqqətdə saxlamasını istəyiblər.

Aksyanın sonunda qətnamə qəbul edilib. Qətnamədə bildirilir:

"İranın şimal-qərbində yerləşən, dünyanın ikinci duzlu su gölü olan Urmu gölü faciəvi şəkildə məhv olur.

Gölün 95 faizi quruyub. Qalan beş faizinin isə quruması ilə on milyard ton duzdan əmələ gələn duz fırtınaları ətrafa səpələnərək on dörd milyon azərbaycanlını və gölün ətrafında yaşayan başqa insanlara zərər vuracaq.

Həmçinin gölün sahillərində mövcud olan yüzlərlə heyvan və bitki növünü məhv edəcək.

Ölkənin Ətraf Mühiti Təşkilatının keçmiş rəhbəri gölün qurumasının yalnız 18 faizinin iqlim dəyişikliyinə görə olduğunu deyib.

O, deyib ki, qurumanın 82 faizini insan amili, bölgə sularının yanlış idarə edilməsi, gölə axan çaylar üzərində bəndlərin tikilməsi və minlərlə quyunun qazılması ilə əlaqələndirib.

Urmu gölünün qurumasının əsas məsulları İranın Energetika, Kənd Təsərrüfatı nazirlikləri və Regional Su Təşkilatıdır".

Qətnamədə qeyd olunur ki, İran hökuməti Urmu gölünün bərpasında maraqlı deyil.

"9 il əvvəl hökumət xalqın təzyiqi ilə Urmu gölünün bərpası qərargahını yaranıb. İndiyə qədər göldə su ekoloji səviyyəyə çatmalı idi.

Ancaq yerli və xarici mütəxəssislərin heç bir təklifi yerinə nəzərə alınmadı və göl indi son nəfəslərini çəkməkdədir.

Bölgədəki mövcud su ehtiyatlarına görə Urmu gölünü bərpa etmək mümkün olsa da İran İslam Respublikasının rəhbərlərində onu dirçəltmək üçün heç bir siyasi iradə yoxdur.

İran hökumətinin yarıtmazlığı, ölkənin icra strukturlarını sarmış korrupsiya və suyun satışından və gölün sərvətlərinin istismarından faydalanan mənfəətçi şəbəkələrinin mövcudluğu xalqın Urmiya gölünün İran hökuməti tərəfindən dirçəldilməsinə olan ümidini puça çıxarıb"-deyə, qətnamədə bildirilir. 

Sənəddə beynəlxalq qurumlara çağırış edilib:

"Bir qrup azərbaycanlı "Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin dəvəti ilə BBT-nin İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahı qarşısında toplaşdı.

Biz məsul beynəlxalq qurumlardan, özəlliklədə BMT-nin ətraf mühitlə əlaqəli məmurlarından ekoloji faciənin qarşısını almaq üçün İran hökumətini gölün bərpası üçün təcili tədbirlər görməyə çağırır, 10 ildir gölün bərpasını gözləyən milyonlarla azərbaycanlının istəyinə cavab verməyə məcbur etmələrini istəyirik.

Biz, Urmu gölünün quruması nəticəsində ailələri müxtəlif tənəffüs və xərçəng xəstəliklərindən, iqtisadi və ictimai xəsarətlərdən əziyyət çəkən ailələrin yaxınları olaraq onların səsini beynəlxalq ictimaiyyətə çatdırıq.

Bildiririk ki, İran hökuməti beynəlxalq mütəxəssislərin təkliflərinə əməl edəcəyi təqdirdə Urmu gölünün bərpası mümkündür.

Çaylardan göl üçün su payı ayrılarsa, qanunsuz quyuların qapadılarsa, çox su tələb edən məhsulların əkinin qarşısı alınarsa, suvarma sistemləri yenilərsə,  yarımçıq qalan su nəqli layihələri tamamlanarsa Urmu gölünün canlandırılması mümkün ola bilər.

Bunlar həyata keçirilməsə göldən qaynaqlanan duz fırtınaları 500 kilometr radiusda olan əraziləri duz çölünə çevirəcək.

Bununla da yalnız ölkənin şimal-qərb bölgəsi deyil, hətta qonşu ölkələrdə mənfi təsirlərə məruz qalacaq və göl ətrafında yaşayan milyonlarla insanın başqa bölgələrə köçmə təhlükəsi reallaşacaq".

Qətnamə "Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti və Avropa ölkələrində yaşayan bir qrup azərbaycanlı tərəfindən 16 sentyabr 2022-ci ildə Cenevrədə qəbul edilib.

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29

gun az article

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

2023-03-29

gun az article

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

2023-03-29

gun az article

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

2023-03-29

gun az article

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib

2023-03-29

gun az article

“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi regionlarda tədbirlər keçirib

2023-03-28