SON XƏBƏRLƏR

BMT-nin insan hüquqları üzrə 4 eksperti birgə bəyanat yayıb: “Hüseyn Şahbazinin edamını dayandırın”

2022.01.14, 12:17
BMT-nin insan hüquqları üzrə 4 eksperti birgə bəyanat yayıb: “Hüseyn Şahbazinin edamını dayandırın”

Gunaz.tv

Bəyanatda bildirilir ki, İran məhkəməsi Hüseyn Şahbaziyanın işinə baxarkən, ona qarşı ölüm hökmü çıxarmaq üçün ondan təzyiq və fiziki işgəncələr altında alınan məcburi etiraflara əsaslanıb.

“Biz İran hökumətindən Hüseyn Şahbaziyanın edamını dərhal və həmişəlik dayandırsını və insan hüquqları üzrə beynəlxaq qanunlara riayət edərək, ona çıxarılmış ölüm hökmünü ləğv etməsini tələb edirik”, -deyə BMT-nin uşaqlar və yeniyetmələrin hüquqları üzrə 4 ekspertinin yaydığı birgə bəyanatında bildirilir.

Qeyd etmək lazımdır ki, hazırda 20 yaşı olan Hüseyn Şahbaziyan 2018-ci ildə 17 yaşı olan zaman oxuduğu məktəbdə baş verən kütləvi bir davada istəmədən sinif yoldaşını qətlə yetirdiyinə görə həbs edilib.

Yayılan məlumata əsasən, gənc məhkuma çıxarılmış ölüm hökmünün icrası üçün dörd dəfə konkret tarix təyin edilsə də, hhər dəfə müxtəlif səbəblərə görə, hökmün icrası tarixi dəyişdirilərək edam təxirə salınıb.

BMT-nin uşaqlar və yeniyetmələrin hüquqları üzrə ekspertləri isə yaydıqları bəyanatda bildirblər ki, edam tarixinin tez-tez dəyişdirilməsi və bunun üçün hər dəfə yeni bir tarixin təyin edilməsi gənc müttəhim Hüseyn Şahbaziyanın və onun valideynlərinin psixoloji cəhətdən çoxlu əzab çəkməsinə gətirib çıxarıb. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar