SON XƏBƏRLƏR

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı: "Biz İrandakı vəziyyətdən çox narahatıq"

2022.10.19, 07:30
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı: "Biz İrandakı vəziyyətdən çox narahatıq"

Gunaz.tv

İran hökumətindən bu ölkədə bütün insan haqlarının pozulmasında əli olan məmurları məsuliyyətə cəlb etməyə çağırıb.

Oktyabrın 18-də bu komissarlığın sözçüsü Ravina Şəmdsani “təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakı reaksiyasından, əsassız həbslər, uşaqların öldürülməsi və saxlanması ilə bağlı xəbərlərdən” narahatlığını ifadə edib.

“İran rəsmilərindən uşaqların öldürülməsi də daxil olmaqla, bütün iddia edilən pozuntu halları ilə tez, qərəzsiz və müstəqil araşdırma aparılmasını istəyirik”- deyə, komissarlığın sözçüsü  bildirilib.

Ən azı 23 uşağın İranın hökumət qüvvələri tərəfindən öldürdüyünü qeyd edən komissarlıq, bir çox məktəblərə də hücum edildiyini və şagirdlərin saxlanıldığını yazıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar