SON XƏBƏRLƏR

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Arəş Sadiqinin dərhal azad edilməsini istəyib

2022.12.03, 07:45
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Arəş Sadiqinin dərhal azad edilməsini istəyib

Gunaz.tv

Dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatına bağlı təşkilatın internet saytında dərc edilmiş bu bəyanata görə, Sadiqinin fiziki vəziyyətinin pisləşməsi barahat edicidir və o, dərhal həbsdən buraxılmalıdır.

Bəyanat BMT ekspertlərinin, o cümlədən BMT-nin İrandakı insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın sözlərinə əsaslanır və daha sonra bundan əvvəl dəfələrlə həbs edilmiş hüquq müdafiəçisi Arəş Sadiqinin naməlum şəraitdə siyasi məhbusların saxlandığı Evin həbsxanasının 209-cu palatasında saxlanıldığı deyilir.

BMT ekspertləri siyasi məhbusun təhlükəli sümük xərçəngindən əziyyət çəkdiyini, tibbi yardım və dərman almaqdan məhrum olduğunu bildiriblər.

Arəş Sadiqi oktyabrın 12-də Tehranda təhlükəsizlik məmurları tərəfindən həbs edilib. O, bundan öncədə dinc fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və bir neçə il məhkumluq həyatı yaşayıb.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar