SON XƏBƏRLƏR

KKTC-nin qurucu cümhurbaşqanı Rauf Denktaşın xatirəsi anılıb

2022.01.13, 15:44
KKTC-nin qurucu cümhurbaşqanı Rauf Denktaşın xatirəsi anılıb

Gunaz.tv

Bu barədə yayılan məlumatda deyilir ki, qurucu Cümhurbaşqanın məqbərəsində təşkil edilən mərasimdə KKTC-nin dövlət başçısı Ersin Tatar, Rauf Denktaşın ailəsi, dövlət və hökumət rəsmiləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən Cümhurbaşqanı E.Tatar bildirib ki, Rauf Raif Denktaş deyiləndə ilk ağla müstəqillik, suverenlik və dövlət gəlir.

R.Denktaşın son sözlərinin də “müstəqillik, azadlıq, suverenlik və Türkiyə ilə yaxşı münasibətlər” olduğunu ifadə edən Cümhurbaşqanı E.Tatar “Biz onun vəsiyyətini yerinə yetiririk”, – deyib.

R.Denktaşın oğlu Serdar Denktaş isə çıxışında uzun və məşəqqətli bir yol keçmiş Kıbrıs türk xalqının azadlıq üçün bütün çətinliklərə sinə gərdiyini bildirib.

S.Denktaş, “Bu günləri daha yaxşı yaşamaq üçün verilən mübarizəni lazımi səviyyədə qarşılaya bilmədik. Qurucu Cümhurbaşqanımızı həsrətlə, rəhmətlə və üzrlə anıram”, – deyib. (Bayraqdar.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar