SON XƏBƏRLƏR

BMT-nin İran üzrə xüsusi məruzəçisinin mandatı uzadıldı

2022.04.02, 06:51
BMT-nin İran üzrə xüsusi məruzəçisinin mandatı uzadıldı

Gunaz.tv

BMT-nin İnsan Haqları Şurasına üzv olan 47 ölkədən 19-u ona səs verib. 

Sorğu zamanı Rusiya, Çin, Venesuela, Kuba və Hindistan da daxil olmaqla 12 ölkə cənab Rəhmanın səlahiyyət müddətinin uzadılmasının əleyhinə səs verib, Qətər, BƏƏ və Braziliya da daxil olmaqla 16 ölkə bitərəf qalıb.

Cavid Rəhman 2018-ci ilin iyulunda BMT-nin İnsan Haqları Şurasının səsverməsi ilə İranda BMT-nin İnsan Haqları üzrə Xüsusi Məruzəçisi kimi təqdim edilib.

Pakistan əsilli britaniyalı hüquqşünas beynəlxalq hüquq üzrə doktorluq dərəcəsinə malikdir və son illərdə İranda insan haqlarının pozulması ilə bağlı çoxsaylı sənədləşdirilmiş hesabatlar hazırlayıb.

Son günlər İranda insan haqları sahəsində fəaliyyət göstərən onlarla insan haqları təşkilatı İran rəsmiləri tərəfindən insan hüquqlarının geniş və sistematik şəkildə pozulmasına işarə edərək “belə bir şəraitdə xüsusi məruzəçinin mandatının İranda İnsan Haqları üzrə monitorinq, sənədləşdirmə və BMT-nin İnsan Haqları Şurasına hesabat verməyinin həmişəkindən daha vacib olduğunu" bildirmişdilər.

37 İnsan Haqları Təşkilatının imzaladığı bəyanatda İranda azyaşlıların edam edilməsini, beynəlxalq qanunlara əsasən ağır sayılmayan cinayət əməllərinə görə məhkumlara ölüm cəzasının verilməsini beynəlxalq qanunlara zidd olduğunu qeyd ediblər.

Bundan əlavə, İranda İnsan Haqları üzrə xüsusi məruzəçinin əvvəlki hesabatında vurğulandığı kimi, qanunda və praktikada qadınlara və qızlara, milli, dini və ya dil azlıqlarına mənsub şəxslərə qarşı ayrı-seçkilik siyasəti yürüdüldüyünü bildiriblər.

"Belə bir şəraitdə İranda İnsan Haqları üzrə xüsusi məruzəçinin BMT-nin İnsan Haqları Şurasına monitorinq, sənəd və hesabat verməklə bağlı səlahiyyət müddətinin uzadılması həmişəkindən daha vacibdir"-deyə, bəyanat müəllifləri bildiriblər. 

Timor
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar