BMT-nin xüsusi məruzəçisinin güneyli siyasi məhbuslarla bağlı hesabatı yayıldı

11.02.2022, 12:28

Birləşmiş Millətlər Təşkilatının (BMT) İranda İnsan Haqları Üzrə xüsusi məruzəçisi professor Cavid Rəhmanın ölkədə ana dilində təhsil hüququnun pozulması və güney azərbaycanlı siyasi məhbuslar barədə hesabatının bir hissəsi yayılıb.

Gunaz.tv Quote | Gunaz article

Hesabatda İranda ölüm hökmü, əsassız həbslər, söz azadlığının məhdudlaşdırılması, dinc toplaşmanın qarşısının alınması, standart yaşayış səviyyəsi, İran hökumətinin koronavirusla bağlı gördüyü tədbirlər, qadınların, etniklərin və dini azlıqların durumu əks olunub.

Professor Cavid Rəhman hesabatın hazırlanmasında bir sıra insan haqları təşkilatının, o cümlədən “Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin yayınladığı hesabatlara istinad edib.

BMT-nin İran üzrə xüsusi məruzəçisi, professor Cavid Rəhmanın hesabatı 10 fevral 2022-ci ildə dərc olunub. Hesabat 2022-ci il martın 17-də Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə 49-cu sammitində təqdim ediləcək.

Professor Cavid Rəhmanın məruzəsinin 47-ci bəndində bəzi mədəni məhbusların adları, məhkumluqları qeyd olunur.

Sənəddə Azərbaycan İnsan Haqları Cəmiyyəti-ƏRK-in hesabatlarına istinadə edilərək ana dilində təhsilin qadağan edilməsindən bəhs edilir.

“Ana dilində təhsil hüququna qoyulan məhdudiyyətlər azlıqları narahat etməkdə davam edir. Azərbaycan türklərinin hüquqlarının müdafiəçiləri Abbas Lisani və Əlirza Fərşi hələ də həbsdədir.

Başqa bir azərbaycanlı mədəni fəal, 2021-ci ilin iyul ayı etirazları ilə bağlı saxlanılan Pərviz Siyabi 16 il həbs cəzasına məhkum edilib və cəzanın 10 ilini həbsxanada keçirməli olduğu barədə qəti rəy verilib”-deyə, hesabatda qeyd olunub.

Hesabatda habelə 2020-ci ilin oktyabrında keçirilən etiraz aksiyaları zamanı həbs olunan 12 azərbaycanlı türk fəalın 2021-ci ilin oktyabrında Ərdəbil məhkəməsi tərəfindən 14 ay həbs və 74 şallaq cəzasına məhkum edildiyi yazılıb.

Xüsusi Məruzəçi 2022-ci ilin yanvarında öz hesabatını İran İslam Respublikasına təqdim edib və İran İslam Respublikasının nümayəndəsi özünün cavab məktubunda hökumətin rəyini yazılı olaraq BMT nümayəndəsinə göndərib.

“İran hökuməti həmçinin bəyan edib ki, konstitusiyanın 15-ci maddəsi məktəblərdə yerli və etnik dillərin tədrisinə icazə verir və bir sıra universitetlər tədris zamanı yerli dillərdən istifadə edir”-deyə, İran nümayəndəsi BMT məruzəçisinə göndərdiyi cavab məktubunda iddia edib.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27