SON XƏBƏRLƏR

Lənkəranda sahil sularında tank əleyhinə mina tapıldı

2021.10.23, 12:57
Lənkəranda sahil sularında tank əleyhinə mina tapıldı

Gunaz.tv

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.

İlk növbədə, ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın partladıcısı olmayan döyüş tətbiqinə yararlı TM-57 tank əleyhinə mina olduğu müəyyən edilib. 

Pirotexniklər istehkamçı qarmağından istifadə etməklə minanın altında “sürpriz” qurğunun olmadığına əmin olduqdan sonra mina yerindən götürülüb və zərərsizləşdirilməsi üçün XRXX-nin xüsusi təyinatlı avtonəqliyyat vasitəsilə ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və yaxın ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar