SON XƏBƏRLƏR

Ankarada Həsən Dəmirçinin ad günü mərasimi keçirilib

2021.12.31, 07:02
Ankarada Həsən Dəmirçinin ad günü mərasimi keçirilib

Gunaz.tv

Dekabrın 29-da Türkiyə Cumhuriyyətinin başkəndi Anlarada Güney Azərbaycanın tanınmış mədəni fəalı, musu müəllimi Həsən Dəçmirçinin ad günü mərasimi keçirilib.

“TÜRKSOY”yun təşəbbüsü ilə keçirilən güneyli sənətçinin 80 illik yubleyinə Güney Azərbaycan, Türkiyə, Azərbaycan Respublikası və başqa türk dövlətlərinin nümayəndələri, sənətçilıər və mədəniyyət xadimləri qatılıblar.

Tədbirin başlanqıcında Həsən Dəmirçinin yaşam və yaradııcılığını əks etdirən “Dəmir mizrab” sənədli filmi göstərilib.

“TÜRKSOY”un nümayəndələri, ədəbiyyatçılar, musiqiçilər, yazıçılar və mədəni fəallar çıxış edib. Həsən Dəmirçinin yaradııcılığı və fəaliyyətləri barədə danışıblar.

Mərasimin sonunda Dəmirçinin bəstələdiyi müsiqi parçaları səsləndirilib.

Qeyd edək ki. Həsən Dəmirçinin həyatı və yaradıcılığını əks etdirən 88 dəqiqəlik sənədli film yeni hazırlanıb və bir müddət öncə İstanbulda təqdimat mərasimi keçirilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar