SON XƏBƏRLƏR

Süngün mis mədəninin işçilərinə təzyiqlər güclənib: Onlara yemək və su verilmir

2021.12.03, 13:50
Süngün mis mədəninin işçilərinə təzyiqlər güclənib: Onlara yemək və su verilmir

Gunaz.tv

Məlumata görə, onlar yemək və verilmir. Fəhlələrin internetə çıxışına məhdudiyyət qoyulub.


Mədən işçilərinin son günlər dəfələrlə etiraz aksiyası keçirdikləri üçün istismarçı şirkətlərin rəhbərliyi tərəfindən cəzalandırıldıqları bildirilir.


Qeyd edək ki, mədən işçiləri noyabrın 30-dan etibarən aksiyaya əl atıb və bundan öncə pozuntulara yol verən şirkətlərin rəhbərliyində təmsil olunan dörd nəfərin yenidən işə qaytarılmalarına etiraz ediblər.


Əlipur, Nemətpur, Salehi və Rəhmanpur soyadlı şəxslər bir ay öncə mədən işçilərinin hüquqlarını pozduğu və onlara qarşı təhqiramiz davrandıqları üçün mədənçilər tərəfindən qovulub və onların mədən sahəsinə girişlərinin qarşısı alınıb.


Noyabrın 30-da adı çəkilən şəxslərin mədənə qaytarılmalarından narazılıqlarını bildirən işçilər tələblərini müdiriyyətə çatdırmaq üçün saat 13-15-ə kimi aksiya elan etsələrdə, istəklərinə cavab verilmədiyi üçün aksiyanı davam etdiriblər.


Sosial mediada yayınlanan məlumatlara görə, mədən işçilərinin aksiyası davam edir və onlar başına qayıtmaqdan imtina edirlər.


Süngün mis mədəni kompleksinin müdiri Cahangir Rəzəvi “İsna” Xəbər Agentliyinə verdiyi açıqlamada aksiya keçirən işçilərin istəklərinin yersiz olduğunu deyib.


O, hal-hazırda işçilərlə danışıqlar aparıldığını və ortaq çıxış yolu tapmağa çalışdıqlarını qeyd etsədə, işçiləri özbaşına hərəkət etməkdə və şəxsi zövqlərinə uyğun istəklər irəli sürməkdə ittiham edib.


C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar