Nobel mükafatı laureatlarının Əli Xameneiyə məktubu; azərbaycanlı-isveçli alimi buraxın

2020-11-25 19:58

Əhməd Rza Cəlali, İran hökuməti ilə işbirliyinə "yox" deyən, bilik və təcrübəsini quldur İran hökuməti və İran terrorizmi ilə bölüşməkdən imtina edənlər sırasındadır.

Gunaz.tv Quote | Gunaz article

Müxtəlif sahələrdə və dünyanın əksər ölkələrindən 149 Nobel mükafatçısı, çərşənbə günü İran hökumətinin Ali Lideri Əli Xameneini Güney Azərbaycandan olan həkim, tədqiqatçı və elm adamı Əhməd Rza Cəlalinin sərbəst buraxılması üçün ərizə imzalayıblar.

 

Elə həmin gün “Qayğılı Alimlər Komitəsi” (CCS) İran hökumətinə bir məktub göndərərək “günahsız alimə qarşı qətl planını dərhal dayandırmağı” tələb edib.

 

Əhməd Rza Cəlali, Güney azərbaycanlı alim 2016-ci ilin mayında bir elmi konfransa qatılmaq üçün İsveçdən İrana getdiyi zaman "casusluq və İsrailə məlumat satmaq" ittihamı ilə tutuqlanaraq İran məhkəməsi tərəfindən edama məhkum edildi.

 

Əhməd Rza Cəlali 2016-cı ilin may ayında ailəsini görmək üçün İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq İsrailin xeyrinə casusluq etmək ittihamı ilə həbs olundu. Cənab Cəlalinin vəkillərinin onun işinə yenidən baxılmasını istəmələrinə baxmayaraq Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum etdi. çıxarılan qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edildi.

 

149 Nobel mükafatı sahibləri vəsatətlərində Cənab Cəlalinin sərbəst buraxılması üçün İran dövlət rəsmilərindən 2017, 2018 və 2019-cu illərdə alimlərin əvvəlki müraciətlərinə istinad edir və Çərşənbə günü göndərdikləri məktubda hərəkata qatılan alimlərin sayının artdığını yazır.
 

Nobel Sülh Mükafatı namizədləri imzaladıqları çağırışda "Sizi şəxsən bu işə baxmağa, Dr.Calaliyə qarşı insani və ədalətli davranmağa və bir an əvvəl sərbəst buraxılmasını təmin çağırırıq" yazıblar.

 

Çağırışın davamında alimlər artırıblar: "Sizdən doktor Cəlalinin evə, ailə və uşaqlarının yanına qayıtması, bəşəriyyətin xeyrinə elmi işlərinə davam etməsi üçün İran rəsmilərinə göstəriş verməyinizi xahiş edirik."

 

Daha ətraflı: Azərbaycanlı alim ölüm hökmünü çəkmək üçün təəkadamlıq kameraya köçürüldü

 

Elə həmin gün “Qayğılı Alimlər Komitəsi”nin yayınladığı başqa bir məktubda çox sayda alim Əhməd Rza Cəlalinin işinə görə dünya miqyasında hörmət layiq mütəxəssis və İrana seminar üçün gedən "günahsız bir alim" olduğu vurğulanaraq, saxta ittihamlarla həbs edildiyi və işgəncə altında "əsassız" etiraflar etməyə məcbur edildiyi bildirilir.

 

Son günlərdə Beynəlxalq Əfv Təşkilatı da Əhməd Rza Cəlalinin tezliklə edam ediləcəyi ilə bağlı verdiyi açıqlamada narahatlığını dilə gətirərək beynəlxalq birliyi müdaxilə etməyə çağırıb.

 

Bundan əvvəl BMT Baş Katibi Antonio Guterres, Əhməd Rza Cəlali də daxil olmaqla, iki vətəndaşı və xarici məhbusun İranda tutulması və onlara qarşı açılan “əmniyyəti” ittihamlar ilə bağlı narahatlığını bildirmişdi.

 

Bu istəklərə cavab olaraq, Xarici İşlər Nazirliyi məhkəmənin "müstəqil" hərəkət etdiyini dedi.

 

İran hökumətini tənqid edənlər, ABŞ hökuməti də daxil olmaqlaİran hökumətinin xariciləri vətəndaşları girov götürdüyünü və saxta ittihamlarla yarqılayaraq onlardan yararlandığını söyləyirlər.

 

Əli Xamenei bu illər ərzində bu cür məktublara heç vaxt reaksiya verməyib.
 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda 5 tondan çox narkotik maddə aşkar edilib

2021-06-22

gun az article

İran iqtisadiyyatının durumu açıqlandı: "Son yarım əsrdə iqtisadi artım sıfıra bərabər olub”

2021-06-22

gun az article

Rəştdə türk namizədlərin qələbəsi münasibətilə konsert verilib-VİDEO

2021-06-22

gun az article

Qərbi Azərbaycanın su anbarlarında suyun həcmi azalıb

2021-06-22

gun az article

Şərqi Azərbaycanda məktəb binaları tədrisə yararsızdır

2021-06-22

gun az article

Zənganlı velosipedçi “2021Tokio Paralimpiadası”na qatılacaq

2021-06-22

gun az article

Güney Azərbaycanın Salmas şəhərində məhbus dar ağacından asıldı

2021-06-22

gun az article

Qəzvində tarixi abidə dağılır- "İmamzada Kəmaləddin" türbəsi məhv olmaq üzrədir

2021-06-22

gun az article

Şərqi Azərbaycanda COVİD-19-a gündəlik yoluxma sayı açıqlandı

2021-06-22

gun az article

Güney Azərbaycanda meşə yanğınları baş verib-VİDEO

2021-06-22

gun az article

GünazTV June.21.2021: PARLAQ GƏLƏCƏK: Ermənistan’da Seçkilər və Şuşa Bəyannaməsi, İran rejimində saxta seçkilərin nəticəsi və Güney Azərbaycanın gələcəyi

2021-06-22

gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21