SON XƏBƏRLƏR

Norveç Helsinki Komitəsi Güney Azərbaycan probleminə həsr olunmuş seminar təşkil etdi

2021.10.20, 07:36
Norveç Helsinki Komitəsi Güney Azərbaycan probleminə həsr olunmuş seminar təşkil etdi

Gunaz.tv
Norveç Helsinki Komitəsi Güney Azərbaycan probleminə həsr olunmuş seminar təşkil etdi 12 iyun 2008 tarixində, Norveçin paytaxtı Oslo şəhərində, yerli Helsinki Komitəsinin təşkilatçılığı ilə, Oslo Azərbaycanlıları Cəmiyyətinin əməkdaşlığı ilə, Güney Azərbaycan probleminə həsr olunmuş seminar keçirildi. İnsan Haqları Evində keçirilən və Norveç rəsmilərinin iştirak etdiyi tədbirin ilk hissəsində, Güney Azərbaycan barədə məruzələr edilərkən, ikinci hissəsində debat formasında iştirakçıları maraqlandıran suallar, məruzəçilər tərəfindən cavablandırıldı. 3 saat davam edən tədbirə dəvətiyyə, Helsinki Komitəsinin rəsmi web-səhifəsindən aşağıdakı keçid vasitəsi ilə nəzər sala bilərsiniz: http:// www.nhc.no/php… Eyni zamanda, seminardan foto və Güney Azərbaycan Konqresinin Əlaqələr Məsulu Ayda Əmir Haşiminin məruzəsini təqdim edirik. qaynar ----------------------------------------------------------------------------- Ermənistan və Rusiya müdafiə nazirləri arasında görüş keçirilib Rusiyada səfərdə olan Ermənistanın müdafiə naziri Seyran Ohanyan həmkarı Anatoli Serdyukovla görüşüb. Görüş zamanı regional təhlükəsizlik və sabitlik, hər iki ölkədə müdafiə sahəsində aparılan islahatlar müzakirə olunub. Tərəflər hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələlərinə də toxunublar. // APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar