SON XƏBƏRLƏR

Novruz bayramı günlərində “şar uçurtma” mərasimi keçirilib – Xalxalda / GÖRÜNTÜ

2021.10.20, 07:36
Novruz bayramı günlərində “şar uçurtma” mərasimi keçirilib – Xalxalda / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Xalxal şəhərinin Xucin kəndində Novruz bayramının 6-ci günündə şar (badbadək) uçurtma mərasimi keçirilib.

 

Azərbaycan musiqisi ilə müşayiət olunan mərasimdə Xucin əhalisi ilə yanaşı qonşu şəhər və kəndlərdən gələn qonaqlar da iştirak edib.

 

 

Mərasimdə aşıq musiqi qrupları klassik mahnılar ifa edib, Xucin kəndinin tamaşa qrupu isə təkəmgəzdirmə mərasimini nümayiş etdirib. Məlumata görə, təkəmgəzdirmə mərasimində təkənin ağacdan hazırlanmış bir neçə heykəlindən istifadə olunub.

 

 

Mərasimin əsas hissəsi olan “Qış verdi” oyununda isə Xucin kəndinin əksər gəncləri iştirak edib, oyunun “şar uçurtma” hissəsində uşaqlar da gənclərə qoşulub.

 

 

Qeyd edək ki, “Təkə” türk dilində erkək keçi, “təkəm” isə mənim keçim deməkdir. “Təkə” qoyun sürüsünün başında gedən keçidir. “Təkəmgəzdirmə” mərasimində təkəmçi ağacdan təkə hazırlayaraq onu əlində tutur və şəhəri gəzir. Təkəmçi əlindəki təkəni tərpədib, şeir oxuyub və bahar müjdəsini verir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar