SON XƏBƏRLƏR

Novruz Məmmədov: "Düşünmürəm ki, Ankara Azərbaycanın maraqlarına zidd addım atsın"

2021.10.20, 07:36
Novruz Məmmədov: "Düşünmürəm ki, Ankara Azərbaycanın maraqlarına zidd addım atsın"

Gunaz.tv
Türkiyə Ermənistanla qarşılıqlı anlaşmanı tapmaq istəyir Novruz Məmmədov: "Düşünmürəm ki, Ankara Azərbaycanın maraqlarına zidd addım atsın" "Müəyyən ciddi problemlər var ki, onların həlli üçün təmaslar ola bilər" Türkiyə ilə Ermənistan arasında başlanan danışıqlara Azərbaycanın ciddi etiraz etməsinə ehtiyac yoxdur. Belə bir açıqlama ilə çıxış edən Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, rəsmi Ankara Ermənistanla qarşılıqlı anlaşma tapmaq istəyir. Prezident Aparatının rəsmisi bildirib ki, əsas məsələ danışıqlar zamanı Türkiyə tərəfinin ortaya qoyacağı mövqedir. Novruz Məmmədov hesab edir ki, rəsmi Ankara "Bir millət, iki dövlət" prinsipinə sadiq qalaraq Azərbaycanın maraqlarına zidd addım almaz. Şöbə müdiri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindən aparılan danışıqlar, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərindən sonra bu istiqamətdə yaranan situasiya barədə də danışıb. Novruz Məmmədov bildirib ki, hazırda Azərbaycan tərəfi Ermənistanın yeni rəhbərliyinin mövqelərini öyrənməyə çalışır. Belə bir açıqlama ilə çıxış edən Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, rəsmi Ankara Ermənistanla qarşılıqlı anlaşma tapmaq istəyir. Prezident Aparatının rəsmisi bildirib ki, əsas məsələ danışıqlar zamanı Türkiyə tərəfinin ortaya qoyacağı mövqedir. Novruz Məmmədov hesab edir ki, rəsmi Ankara "Bir millət, iki dövlət" prinsipinə sadiq qalaraq Azərbaycanın maraqlarına zidd addım almaz. Şöbə müdiri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindən aparılan danışıqlar, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərindən sonra bu istiqamətdə yaranan situasiya barədə də danışıb. Novruz Məmmədov bildirib ki, hazırda Azərbaycan tərəfi Ermənistanın yeni rəhbərliyinin mövqelərini öyrənməyə çalışır. "Maraqlarımızın müdafiəsində daha fəal işləməliyik" -Novruz müəllim, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəlik rəhbərlərinin müşavirəsinin nəticələrini necə qiymətləndirirsiniz və müşavirənin nəticəsi olaraq Azərbaycanın xarici siyasətində hansısa taktiki dəyişikliklər baş verəcəkmi? -Səfirlərin müşavirəsini Azərbaycanın müstəqil respublika kimi siyasət və diplomatiya ilə məşğul olan əməkdaşlarının, məmurların fəaliyyətində mühüm hadisə hesab etmək lazımdır. Xüsusilə, Azərbaycan prezidenti İlham Əliyevin müşavirədə çıxışı, bununla bağlı qarşımızda duran vəzifələr və bu vəzifələrin yerinə yetirilməsində diplomatların rolu nöqteyi-nəzərindən çox böyük bir hadisədir. Prezident bununla bağlı qarşıda çox böyük vəzifələr qoydu. Prezident çıxışında qeyd etdi ki, bizim artıq regionda və dünyada elə bir mövqeyimiz var və ölkənin inkişafı elə bir səviyyəyə çatıb ki, bundan sonra Azərbaycanın diplomatiyası hücum xarakterli diplomatiya olmalıdır. Yəni, biz öz maraqlarımızın müdafiəsində daha fəal və intensiv işləməliyik. Ümumiyyətlə belə müşavirələrin çox böyük əhəmiyyəti var. Bu zaman səfirlər bir yerə yığışır, xarici işlər naziri, ümumiyyətlə nazirliklə onların arasında əməkdaşlıq, eləcə də müəyyən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılır. Həm yaxşı, həm də mənfi cəhətlər qeyd edilir. Müşavirə zamanı diplomatlarımız həm qanunverici, həm icraedici orqanların nümayəndələri ilə görüşürlər. Düşünürəm ki, bu çox yaxşı bir ənənədir və hər dəfə Xarici İşlər Nazirliyi və diplomatlarımızın fəaliyyətinə yeni bir nəfəs gətirir. -Dövlət başçısı iki il əvvəl keçirilən müşavirədə də müdafiə taktikasından hücum taktikasına keçməyi tövsiyyə etmişdi. Ötən iki il ərzində bu prosesin reallaşmasına nə mane olub, hansı səbəbdən diplomatiyamız hücum taktikasına keçə bilmir? -Prezident İlham Əliyev iki il əvvəl də bunu demişdi və bu o demək deyil ki, bununla bağlı bütün diplomatik nümayəndəliklərimiz və səfirliklərimizin hamısında eyni dərəcədə münasibət göstərilir. Bu xəttin müəyyənləşməsi prezidentin özü tərəfindən həyata keçirilir və diplomatlar da bunu etməlidirlər. Buna mane olan amillər ola bilsin ki, müəyyən səfirliklər səviyyəsindən və müəyyən proseslərin gedişində ola bilər. İnsanların hamısı eyni olmadığı kimi, diplomatlarıp da hamısı eyni deyil. Onlar peşəkarlığı və xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Mövqelər konkretləşməlidir -ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərindən sornra Dağlıq Qarabağ probleminin həlli istiqamətində göstərilən cəhdləri necə dəyərləndirirsiniz və həmsədrlərin bir-birini təkzib edən açıqlamaları nə ilə bağlıdır? -İndi elə bir dövrdür ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra mövqelər konkretləşməlidir. Daha doğrusu, Ermənistan tərəfinin mövqeyi konkret olmalıdır. Ermənistanda legitimliyi şübhə altında olsa və müxtəlif problemlər, böhran yaşasa da, yeni hakimiyyət var. Yeni prezident seçilib və yeni xarici işlər naziri təyin olunub. Fərqli cəhət isə ondan ibarətdir ki, Azərbaycanda heç bir şey dəyişilməyib, mövqeyimiz olduğu kimi qalır. Ona görə də bizim tərəfdə problem yoxdur. Lakin Ermənistan tərəfdə bu dəyişiklik olduğu üçün biz onların mövqeyini konkret bilməliyik. Bu məqsədlə Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşdü və bu görüşdən sonra xarici işlər nazirlərinin görüşü keçirildi. Bundan əlavə həmsədrlərlə prezidentin görüşü oldu. Bu görüş zamanı Azərbaycan prezidenti həmsədrlər qarşısında konkret vəzifə qoydu. İndi bizim gözləntimiz ondan ibarətdir ki, həmsədrlər son proseslərdə, xüsusilə Ermənistan tərəfi ilə apardığı görüşlərdən Azərbaycana nə ilə gələcəklər və Ermənistan tərəfinin mövqeyi nədən ibarət olacaq. -Azərbaycanda keçiriləcək prezident seçkilərinin danışıqlar prosesinə nə dərəcədə təsiri olacaq? -Bir neçə dəfədir ki, Azərbaycanda prezident seçkiləri zamanı bu məsələ ortaya çıxır. Azərbaycanda bu gün elə bir stabil dövlət sistemi var ki, seçkilərin danışıqlar prosesinə heç bir təsiri yoxdur. Ermənistan tərəfi zaman-zaman seçkiləri bəhanə gətirərək danışıqlar prosesindən çəkinmiş, mövqelərini dəyişmişlər. Onlar konstruktiv mövqedən qaçmaq üçün bəhanə axtaranda, seçkiləri tapıb və bu mövqedən çıxış ediblər. Guya seçki prosesində başları daxili məsələlərə qarışıb. Ermənistan tərəfi bunu həmişə bəhanə kimi işlədib. Ancaq Azərbaycan tərəfi üçün seçkilərin keçirilməsi danışıqlar prosesinə mane olmur. "Türkiyə imtahan qarşısındadır" - Türkiyə ilə Ermənistan arasında baş tutan danışıqlara rəsmi Bakının mövqeyi necədir və Ermənistan tərəfinin Türkiyədən müəyyən güzəştlər əldə etməsi danışıqlar prosesinə hansı mənfi təsir göstərə bilər? -Ermənistanla Türkiyə arasındakı münasibətlərin xarakterini iki ölkə arasındakı münasibətlərin tarixi və bu günkü durumu müəyyənləşdirir. Türkiyə tərəfi Ermənistanla əlaqələrini öz maraqları çərçivəsində müəyyənləşdirir. Azərbaycanla Türkiyə arasında əlaqələr bu gün o qədər sıxdır ki, iki dövlət arasındakı əlaqələrin xarakterini "Bir millət, iki dövlət" prinsipi müəyyənləşdirirsə və hər iki dövlət dost, qardaş, strateji tərəfdaş kimi daim fəaliyyət göstərirsə, bunların da həmin proseslərə təsiri var. Ümumiyyətlə, bizim heç bir təkidimiz olmadan belə ilk vaxtlardan Türkiyə tərəfi Ermənistanla əlaqələrində Dağlıq Qarabağ münaqişəsinin roluna mühüm əhəmiyyət verib və əlaqələrin bu münaqişənin həllindən asılı olduğunu dəfələrlə bildiriblər. Hesab edirəm ki, son zamanlar gedən proseslər, müəyyən təmasların olması prinsip etibarilə mümkündür. Ermənistan tərəfi doğrudan da çalışır ki, hansı yolla olursa-olsun, Türkiyə ilə sərhədlər açılsın. Əslində buna mane olan məqamlar, faktorlar var. Ən böyük problem bundan ibarətdir ki, Ermənistan rəhbərləri bunu nəzərə almırlar. Onlar fikirləşmirlər ki, hər hansı danışığa getmək, əlaqələri yüksək səviyyəyə qaldırmaq üçün özlərində olan maneələri aradan götürmək lazımdır. Ermənistan tərəfində müəyyən problemlər var. Onların Konstitusiyasında Türkiyə ərazisinə iddia durur. Həmçinin Ermənistan qondarma "soyqırım" iddiası ilə zaman-zaman Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Hesab edirəm ki, Türkiyə Ermənistanla qarşılıqlı anlaşmanı tapmaq istəyir. Bildirsin ki, arada yaranmış situasiyanı hansı düzgün, ədalətli yolla həll etmək olar. Əslində bu bir tərəfdən həm də Türkiyə üçün verdiyi vədlərlə bağlı imtahandır. Ancaq düşünmürəm ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addım atsın, Belə bir addım əslində Türkiyənin özünün də maraqlarına zidd olar. Bu gün Ermənistanın atdığı bütün addımlar Türkiyənin maraqlarına ziddir və onlar bundan çəkinmək istəmirlər. -Yəni, Azərbaycan tərəfi Türkiyə ilə Ermənistan arasında başlanan danışıqlara ciddi şəkildə etiraz etmir? -Danışıqların olmasına etiraz etməyə ehtiyac yoxdur. Danışıqların olmasına etiraz etmək düzgün olmazdı. Hətta biz Ermənistanla düşmən dövlətik və bizim də kontaktlarımız var. Prezidentlər, xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilir. Münaqişə var və onu həll etmək üçün danışıqlar olmalıdır. Müəyyən ciddi problemlər var ki, onların həlli üçün kontaktlar ola bilər. Söhbət həmin təmaslar və danışıqlar zamanı tutulan mövqedən gedir. Bizim üçün əsas vacib olan həmin mövqedir. Süleyman olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar