SON XƏBƏRLƏR

Noyabr etirazlarında tutulan 3 nəfərə 17 il 6 ay həbs cəzası verilib

2021.10.20, 07:36
Noyabr etirazlarında tutulan 3 nəfərə 17 il 6 ay həbs cəzası verilib

Gunaz.tv

GünAz TV: İrandan 2019-cu ilin noyabr etirazları zamanı Kirmanşahda tutulan 3 nəfərə qarşı ümumilikdə 17 il 6 ay həbs hökmü oxunub.

 

Kirmanşah İnqilab Məhkəməsinin 3-cü şöbəsində keçirilən prosesdə tutulan etirazçılar- Xəlil Əsədi Bujani, Söhbətullah Ümidi və Mehdi Abdali “siyasi sistemin düşməni olan qruplaşmada üzvlük”, eləcə də “qeyri-qanuni aksiyalarda iştirak etməklə, ölkənin təhlükəsizliyi əleyhinə sövdələşmə və çalışma”da ittiham ediliblər.

 

Məhkəmənin hökmü ilə Xəlil Əsədi Bujani 6 il 6 ay, Söhbətullah Ümidi 10, Mehdi Abdali isə 1 il həbs cəzasına məhkum edilib.

 

Qeyd etmək lazımdır ki, noyabr etirazları zamanı Kirmanşah təhlükəsizlik qüvvələrinin ən çox vəhşilik göstərdiyi bölgələrdən biri idi. Hadisələr zamanı əyalət ərazisində çoxlu sayda insan polisin açdığı atəş nəticəsində qətlə yetirilmişdi.

 

“Reuters” agentliyi dekabr ayının sonlarında İranın “dini lider”i və Daxili İşlər Nazirliyində olan mənbələrə istinadən noyabr etirazlarında azı 1500 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü barədə hesabat yaymışdı. İran rəsmiləri bu günə qədər etirazlarda öldürülən, tutulan və yaralananlar barədə rəsmi statistika yaymayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar