SON XƏBƏRLƏR

Enrique Mora: “Tehran və Vaşinqton nüvə razılaşmasını canlandırmaq üçün artıq çətin qərarlar verməlidir”

2021.12.28, 07:28
Enrique Mora: “Tehran və Vaşinqton nüvə razılaşmasını canlandırmaq üçün artıq çətin qərarlar verməlidir”

Gunaz.tv

Nüvə danışıqlarının 8-ci mərhələsinin ilk günündə İrn, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya nümayəndələrinin Vyanada keçirdiyi iclasından sonra jurnalistlərlə görüşən Enrique Mora deyib ki, danışıqların nəticəyə çatması üçün artıq çətin qərarlar verməyin vaxtı gəlib çatıb.

“Biz artıq danışıqların elə bir mərhələsinə gəlib çatmışıq ki, Tehranla Vaşinqton 2015-ci ildə imzslanmış nüvə razılaşdırmasını canlandırmaq üçün çətin qərarlar verməlidir. 

Əgər biz qarşıdan gələn günlərdə və həftələrdə möhkəm çalışsaq, hesab edirəm ki, müsbət nəticə əldə edə biləcəyik. Əlbəttə bu çox çətin bir iş olacaq, lakin hər şey İran və Amerikanın qərarından asılıdır. 

Həm Tehran, həm də Vaşinqton danışıqların nəticə verməsi üçün çətin siyasi qərarlar verməlidir”, -deyə Avropa Birliyi baş katibinin müavini Enrique Mora bildirib. 

محل برگزاری مذاکرات احیای برجام در وین

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar