SON XƏBƏRLƏR

Ər-Riyadda İran müzakirəsi: Avropa Birliyinin nümayəndəsi səudiyyəli nazirlə görüşdü

2021.10.22, 11:43
Ər-Riyadda İran müzakirəsi: Avropa Birliyinin nümayəndəsi səudiyyəli nazirlə görüşdü

Gunaz.tv

Enrique Moranın Səudiyyə Krallığına səfəri, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mali Ər-Riyada səfərindən və Feysəl Bin Fərhanla görüşündən bir gün sonraya təsadüf edib.


“Röyters” agentliyinin yaydığı xəbərə əsasən, görüşdə Vyanada yarımçıq qalmış nüvə danışıqları, İranın inkişaf etdirməkdə olduğu nüvə proqramı və dünya birliyinin bununla bağlı nigaranlığ mövzusu ətrafında danışıqlar aparılıb.


Bildirilir ki, görüşdə həmçinin İranın nüvə proqramından doğan təhdidi, eləcə də rəsmi Tehranın regionda terrorçu qruplaşmalara dəstəyinin qarşısının alınması yolları və bir sıra digər regional məsələlər barədə fikir mübadiləsi aparılıb.


Enrique Moranın Səudiyyə Rəbistanının xarici işlər naziri Feysəl Bin Fərhanla apardığı danışıqların detalları mediaya açıqlanmayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar