SON XƏBƏRLƏR

İnsan Haqları Müdafiəçiləri Mərkəzi İran hökumətinin məsuliyyətə cəlb olunmasını tələb edib

2022.08.05, 08:42
İnsan Haqları Müdafiəçiləri Mərkəzi İran hökumətinin məsuliyyətə cəlb olunmasını tələb edib

Gunaz.tv

BMT-nin İranın İnsan Haqları Məsələləri üzrə Xüsusi Məruzəçisi Cavid Rəhmana yazılan məktubda tənqidçilərə və dissidentlərə, sənətçilərə və bəhailərə qarşı repressiyaların gücləndirilməsindən, İran həbsxanalarında orta əsr cəzalarının verilməsindən narahatlıq ifadə olunub, bunlarla bağlı İran hökumətinin cavab verməyə məcbur edilməsi tələb olunub.

"Hökumətin repressiv hərəkətləri elə bir şəraitdə baş verir ki, ölkə və İran xalqı bu günlərdə yoxsulluq, işsizlik, sel və zəlzələ kimi təbii fəlakətlər də daxil olmaqla bir çox problemlərlə üzləşib.

Belə bir vəziyyətdə ölkə rəsmiləri tərəfindən nəinki praktiki olaraq heç bir konstruktiv və müsbət addım atılmır, əksinə narazılara qarşı qondarma təhlükəsizlik ittihamları irəli sürülərək vətəndaşların həmrəyliyinə və onların yardımlaşmalarına əngəl törədilir"-deyə, məktubda bildirilir.

Hüquqşünas və Nobel Sülh Mükafatı laureatı Şirin Ebadinin rəhbərlik etdiyi İnsan Hüquqları Müdafiəçiləri Mərkəzi beynəlxalq institutların susqunluğunu və fəaliyyətsizliyini tənqid edib.

Qurum cənab Rəhmandan qanuni resurslarından istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətini vacib məsələlərə cəlb etməyi xahiş edib.

Bu məktubun surəti “İnsan Hüquqları üzrə Ali Komissarlığa”, “Birləşmiş Millətlər Təşkilatının Din və Etiqad Azadlığı üzrə Xüsusi Məruzəçisi”nə və “BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu”na göndərilib.

Fəalların və insan haqları institutlarının müxtəlif hesabatları göstərir ki, son həftələr qanunsuz həbslər və bir çox etirazçı ailələrə, təqaüdçülərə, müəllimlərə, fəhlələrə, ayrı-seçkiliyə və məcburi hicaba qarşı çıxan qadınlara, sənətçilərə və bəhailərə qarşı saxta və əsassız iddialarla repressiyaların əhatə dairəsi artıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar