SON XƏBƏRLƏR

İranda edamlar etiraz doğurdu: 3 təşkilat bəyanat yaydı

2021.10.20, 07:36
İranda edamlar etiraz doğurdu: 3 təşkilat bəyanat yaydı

Gunaz.tv

Bəyanatda bildirilir ki, bütün beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti İranda edamlara qarşı etiraz səslərini ucaltmalıdır.

Bəyanatı Edama Qarşı Beynəlxalq Komitə, Siyasi Məhbusların Azadlığı Komitəsi və Məhbus İşçilərin Azadlığı Kampaniyası imzalayıb.

Sentyabrın 30-da yayılan  bəyanatda İranda edam cəzalarının və siyasi məhbuslara qarşı işgəncələrin dayandırılması tələb edilir.

Bəyanat müəllifləri edam və işgəncələrə görə İran hökumətinin fəaliyyətini pisləyib.

Sənədi imzalayan təşkilatlar edam cəzasını “İran hökumətinin planlı və qəsdən adam öldürməsi” kimi dəyərləndirib, İran hökumətinin 80-ci və ondan sonrakı illərdə siyasi müxaliflərə qarşı geniş edam əməllərinə işarə ediblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar