İnsan Haqları Təşkilatı İran hökumətindən siyasi məhbusun ölümü ilə bağlı açıqlama tələb edir

16.04.2022, 14:06

İnsan Haqları Təşkilatı 2017-ci ilin dekabr etirazları zamanı həbs olunan siyasi məhbus Mehdi Salehinin İsfahan zindanında ölümü ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyanın formalaşdırılmasını və İran rəsmilərinin hesabat verməsini istəyir.

Gunaz.tv Quote | Gunaz article

Qurum Salehinin ailəsinə yaxın şəxslərdən birinə istinadən yazıb ki, zindan məmurları siyasi məhbusun cəsədini təhvil verməkdən imtina edib.

Bundan başqa məhbusun qohumlarının dəfn mərasimində iştirakına icazə verməyib.

Sadəcə ailə üzvlərinin dəfn mərasimində iştirak edə biləcəyini deyiblər və Salehinin cənazəsi mülki geyimli şəxslər və bir neçə silahlı əsgərin iştirakı ilə dəfn edilib.

Təşkilatın bildirdiyinə görə, təhlükəsizlik məmurları Salehinin ailəsinə deyiblər ki, bu barədə heç bir mediaya məlumat verməsinlər, əks halda ailə üzvlərinin hamısını Salehi kimi zindana salacaqlar.

Siyasi məhbusun kamera yoldaşlarının dediyinə görə, edama məhkum olunmuş Mehdi Salehinin ağır xəstə olmasına baxmayaraq təhlükəsizlik idarəsi və zindan rəhbərliyinin göstərişi ilə onun müayinə və müalicə olunmasına imkan verilməyib.

Məhbuslar siyasi məhbusun ölümündən bir neçə gün öncə ona tərkibi bilinməyən iynə vurulduğu üçün komaya düşən Salehinin müalicəsi ilə bağlı müraciələrə zindanın tibb işçilərinin əhəmiyyət vermədiklərini, bilərəkdən onun ölməsinə şərayit yaratdıqlarını deyirlər. 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24