SON XƏBƏRLƏR

İnsan Haqları üzrə Ali Komissarlıq İranda etirazçılara verilən ölüm hökmlərinin dərhal ləğvini tələb edib

2022.11.16, 13:09
İnsan Haqları üzrə Ali Komissarlıq İranda etirazçılara verilən ölüm hökmlərinin dərhal ləğvini tələb edib

Gunaz.tv

Noyabrın 15-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının internet saytında dərc olunan bəyanatda bildirilir ki, bu təşkilat iranlı etirazçıların dinc toplantı keçirmək hüquqlarını vurğulayaraq, İslam Respublikasının hakimiyyət orqanlarından etirazçılara qarşı irəli sürülən bütün ittihamları və hökmləri dərhal ləğv ləğv etməyi istəyib.

Eyni zamanda, Cenevrədəki İnsan Haqları üzrə Ali Komissarlığın sözçüsü Ceremi Lourens bu komissiyanın saxlanılan etirazçılara ağır cəzalar verilməsinə etiraz etdiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı beynəlxalq qanunlara istinad edərək, İslam Respublikasının hakimiyyət orqanlarından “ölüm hökmünü dərhal dayandırmağı və etirazçıları ölüm hökmünə səbəb olan ittihamlarla təqib etməkdən çəkinməyi, habelə bununla bağlı çıxarılan hökmləri ləğv etməyi tələb edib.

Qeyd edək ki, bundan əvvəl İran parlamentinin 227 üzvü parlamentin açıq oturumunda oxunan bəyanatda ölüm cəzasına məhkum edilən etirazçıların dərhal edam edilməsini tələb etmişdi. 

Bu tələbdən sonra İslam Respublikası Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei də bunun ən qısa zamanda həyata keçiriləcəyini demişdi.

İndiyədək İranda 15 mindən çox etirazçı həbs edilib və onlardan yüzlərləsinə qarşı ağır həbs cəzası və edamla nəticələnə biləcək ittihamlar irəli sürülüb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar