SON XƏBƏRLƏR

İnsan haqları fəalı təkadamlıq kamerada saxlanılır

2022.06.09, 07:04
İnsan haqları fəalı təkadamlıq kamerada saxlanılır

Gunaz.tv

Doğmaları onun 30 gündür təkadamlıq kameraya salındığını bildiriblər.

Anişa Əsədullahi bir ay bundan öncə mayın 9-da  həyat yoldaşı İran Yazıçılar Birliyinin üzvü, yazıçı və ictimai fəal Keyvan Möhtədi ilə birlikdə özlərinin şəxsi mənzillərində həbs olunublar.

Əsədullahinin ailəsi onun təkadamlıq kamerada saxlanılmasının səbəbini təhlükəsizlik məmurlarının onun dindirilmə prosesini uzatmaları ilə əlaqədar olduğunu deyirlər.

Anişa Əsədullahi bundan öncədə fəhlələrin etiraz mitinqlərinə qatıldığı və onların problemlərini ictimailəşdirdiyi üçün dəfələrlə saxlanıb və bir il müddətinə azadlıqdan məhrum edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar