SON XƏBƏRLƏR

15 insan haqları təşkilatı İranla bağlı bəyanat yaydı

2022.04.09, 09:49
15 insan haqları təşkilatı İranla bağlı bəyanat yaydı

Gunaz.tv

İnsan haqları təşkilatları BMT və beynəlxalq qurumları bu təzyiqlərin dayandırılması üçün addımlar atmağa çağırıblar. 

Bəyanatda bildirilir ki, ötən təxminən 2 ildən artıq müddət ərzində İran hökuməti şahidlərə və onların ailələrinə qarşı ən azı 6 dəfə zorakı addımlara əl atıb.

Buna qanunsuz həbslər, işgəncə, ədalətsiz mühakimə prosesi, ölümlə hədələmə, təzyiq altında baş tutan ifadə almağa çağırma və digər bu kimi hallar daxildir. 

Xatırladaq ki, sözügedən etirazlar zamanı azı İran hökuməti rəsmi olaraq 300 nəfərin öldürüldüyünü etiraf edib.

Lakin insan haqları təşkilatları ən azı1500 insan İranın təhlükəsizlik gücləri tərəfindən güllələnərək qətlə yetirildiyini deyirlər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar