SON XƏBƏRLƏR

"İran şəbəkəni manipulyasiya edərək mobil telefonları casusluq alətinə çevirir"-"İntersept"

2022.10.29, 09:55
"İran şəbəkəni manipulyasiya edərək mobil telefonları casusluq alətinə çevirir"-"İntersept"

Gunaz.tv

Araşdırma jurnalistikası sahəsində fəaliyyət göstərən “Intersept” saytı öz hesabatında bildirib ki, İslam Respublikası rejiminin nümayişçilərin cib telefonlarını izləyən və idarə edən gizli təlimatı var.

İlk dəfə olaraq, bu onlayn nəşr İran hökumətinin mobil operator proqramlarının pərdə arxasında olan, onlara xidmətlərin ayrılması,  qoşulması və kimin, harada olduğu barədə məlumatların əldə edilməsini ehtiva edən əmrlər verə bilən "SIAM" adlı proqram haqqında məlumatları dərc edib. 

Toronto Universitetində internet təhlükəsizliyi üzrə tədqiqatçı İntersept-ə SİAM sistemi haqqında açıqlama verib.

“SİAMistifadəçilərin qoşula bilib-bilməyəcəyinə nəzarət edə bilər? Əgər varsa, harada, nə vaxt və necə. Ona görə də bu, müşahidə vasitəsi deyil, istifadəçilərin etiraz və ya etiraz etmək imkanlarını məhdudlaşdırmaq üçün repressiya və nəzarət sistemidir",- deyə, mütəxəssis bildirib.

İntersept yazıb ki, məlumat sürətinin aşağı salınması bu sistemin asanlıqla həyata keçirilə bilən 40 funksiyasından yalnız biridir.

İntersept həmçinin "Radio Rabitə və Tənzimləmə Təşkilatı"nın rəqəmsal filtrasiya və İran vətəndaşlarının susdurulması prosesində çox mühüm rol oynadığını vurğulayıb.

"İran hökuməti uzun müddətdir ki, internet azadlığını milli təhlükəsizlik məsələsi hesab edir və mobil telefon operatorlarını rejimin tələblərinə əməl etməyə məcbur edir",- deyə, sayt yazıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar