Antoni Blinken: “İranla diplomatiya məğlubiyyətə uğrayacağı təqdirdə digər seçimlərə üz tutacağıq”

14.10.2021, 16:22

ABŞ-ın dövlət katibi Antoni Blinken oktyabrın 13-də Vaşinqtona səfər edən İsrail və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə danışıqlardan sonra jurnalistlərə keçirdiyi birgə mətbuat konfransında nüvə danışıqlarına qayıtmaması ilə bağlı İrana xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

 O deyib ki, İranın Vyanada aparılan nüvə danışıqlarına qayıtması üçün fürsəti bitmək üzrədir.


“ Hesab edirik ki, İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün ən yaxşı yol diplomatiya yoludur. Lakin əgər İran indiki mövqeyini dəyişməsə və bu ölkə ilə diplomatiya məğlubiyyətə uğrsa, o zaman biz digər seçimlərə üz tutacağa, digər variantları gözdən keçirməyə hazırıq.


Bir daha bildirirəm ki, Vaşinqtonun səbri tükənmək üzrədir, İranın isə danışıqlar masasının arxasına qayıtması üçün möhləti başa çatmaqdadır.


İran Vyana danışıqlarının dayandırılmasından istifadə edərək öz nüvə proqramını hərtərəfli inkişaf etdirir. Bu isə qəbuledilməzdir”, -deyə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib.


Mətbuat konfransında amerikalı həmkarının dediklərini dəstəkləyən İsrailin xarici işlər naziri deyib ki, dünyanı şər qüvvələrdən qorumaq üçün bəzən zor gücündən istifadə etmək vacibdir.


“Güman edirəm ki, bütün dünya “digər seçimlər” dedikdə nəyin nəzərdə tutulduğunu yaxşı bilirlər. Mən və cənab Blinken Xolokostdan sağ çıxanların övladlarıyıq. Biz yaxşı bilirik ki, bəzən millətlər dünyanı şərdən qorumaq üçün zor gücündən istifadə etmək məcburiyyətində qalırlar”, -deyə İsrailin xarici işlər naziri Yair Lapid bəyan edib.  

آنتونی بلینکن (وسط) وزیر خارجه آمریکا و یائیر لاپید، همتای اسرائیلی‌اش

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Yaponiyanın Baş naziri: “Rusiyaya qarşı sərt sanksiyaları saxlamaq lazımdır”

2023-03-22

gun az article

İsrail Qəzzada HƏMAS-ın PUA-sını vurub

2023-03-22

gun az article

İstanbulda FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 21 nəfər saxlanılıb

2023-03-22

gun az article

İranda yol qəzalarında ölənlərin sayı açıqlandı

2023-03-22

gun az article

SEPAH hərbçilərinin Xameneyi əleyhinə planının üstü açılıb

2023-03-22

gun az article

"İran Rusiyaya yüzlərlə PUA verib"-Ağ Ev

2023-03-22

gun az article

Qubernator: “Dronlar Sevastopola hücum edib”

2023-03-22

gun az article

Ukrayna ordusu İran dronlarını məhv etdi

2023-03-22

gun az article

NATO üzvləri 2022-ci il Ukraynaya 120 milyard dollar yardım edib

2023-03-22

gun az article

ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

2023-03-22

gun az article

Fransada pensiya islahatı əleyhinə aksiyalarda 855 nəfər saxlanılıb

2023-03-22

gun az article

Xankəndi-Laçın yolu: aksiyanın 101-ci günü ruh yüksəkliyi ilə davam edir

2023-03-22

gun az article

Belçika İrana səsləndi: "Vətəndaşımızı azad edin"

2023-03-22

gun az article

İsrail Hələb hava limanına hava zərbələri endirdi

2023-03-22

gun az article

İran uçaqları Azərbaycan sərhədinə yaxın bölgələrdə uçuşlar edib

2023-03-21

gun az article

İlham Əliyev: "Azərbaycan Qarabağdan olan erməni sakinlərlə təmaslara hazırdır"

2023-03-21

gun az article

Azərbaycan MN: Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir

2023-03-21

gun az article

İcma: "Ermənistan hökuməti Aşıq Ələsgərin abidəsini də dağıdıb" - BƏYANAT

2023-03-21

gun az article

Türkiyənin AŞPA təmsilçisi: “AP-nin Azərbaycan əleyhinə qətnaməsinin qüvvəsi yoxdur"

2023-03-21

gun az article

Cavid Rəhman: "İran hökumətinin etirazçılara qarşı repressiyaları insanlığa qarşı cinayətdir"

2023-03-21