SON XƏBƏRLƏR

Antoni Blinken: “İranla nüvə razılaşması əldə etmək üçün hələ vaxt var, lakin nikbin olmağa əsas yoxdur”

2021.12.03, 09:13
Antoni Blinken: “İranla nüvə razılaşması əldə etmək üçün hələ vaxt var, lakin nikbin olmağa əsas yoxdur”

Gunaz.tv

O, deyib ki, İranın nüvə fəaliyyəti sahəsində indi tutub getdiyi yoldan qayıtması üçün hələ də fürsəti var.

“Vyanada İranla yeni bir nüvə razılaşması əldə etmək üçün hələ də vaxt var və hesab edirəm ki, İrana öz istiqamətini dəyişmək üçün hələ də gec deyil.

Lakin İran tərəfinin səsləndirdiyi son bəyanatlar və onun etdiyi bəzi hərəkətləri o deməkdir ki, nikbin olmağa elə bir əsas da yoxdur. 

Bütün bunlara baxmayaraq, qarşıdan gələn bir-iki gündə İranın xoş bir niyyətlə Vyana danışıqlarına qatılıb-qatılmadığı bəlli olacaq”, -deyə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

O, həmçinin ötən gün rusiyalı və israilli həmkarları ilə keçirdiyi görüşülərdə İranın nüvə proqramı və hazırda Vyanada aparılan müakirələr barədə danışıqlar apardığını, fikir mübadiləsi etdiyini açıqlayıb.

“Güman edirəm ki, İranın  nüvə danışıqlarında mənalı bir razılaşmaya imza atmağa hələ də fürsəti və vaxtı var”, -deyə Blinken əlavə edib. 

Qeyd edək ki, İranla Qərb arasında nüvə razılaşmasının canlandırılması üçün Vyanada aparılan danışıqların təyinedici 7-ci mərhələsinə noyabrın 29-da start verilib. 

آنتونی بلینکن (چپ) وزیر خارجه آمریکا همراه با سرگئی لاوروف، همتای روس او. موضوع مذاکرات ایران از بحث‌های میان دو وزیر خارجه بوده است.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar